Şeydayev Eyvaz Pirzada oğlu

Ana səhifə » Şeydayev Eyvaz Pirzada oğlu

Şeydayev Eyvaz Pirzada oğlu 15 may 1957-ci  ildə Quba rayonunun Mirzəməmmədkənd kəndində  qulluqçu ailəsində anadan olmuşdur.

Təhsili:

1974-cü ildə Quba 4 saylı internat məktəbini  bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq  fakültəsinin türk dili şöbəsini filoloq, türk və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi  ixtisasları ilə bitirmişdir.

Əmək fəaliyyəti:

1979 -1980-ci tədris ilində Quba rayonu Rustov kənd orta məktəbində dil- ədəbiyyat  müəllimi  işləmişdir.

1980-1985-ci illərdə Quba rayonunun Əlibəyqışlaq kənd orta məktəbindən dil-ədəbiyyat müəllimi işləmişdir.

1985-1987-ci  illərdə könüllü olaraq SSRİ silahlı qüvvələrində zabit kimi hərbi xidmət etmişdir.

1987-ci ilin sentyabrından  1994-cü ilin sentyabrınadək Quba rayon Petropavlovka (indiki  Dəlləkli ) kənd  natamam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

1994-2014-cü illərdə Quba Özəl Türk liseyində dil- ədəbiyyat müəllimi işləmişdir.

2014-cü ildən ADPU Quba filialında (Əvvəlki Müəllimlər İnstitutunun Quba filialı)n müəllim təyin   olunmuşdur.

Hazırda həmin universitetin Ədəbiyyat və dillər kafedrasında 1 ştat baş müəllim vəzifəsində çalışır.

İctimai fəaliyyəti.

Üç dəfə özəl  məktəblərin müəllimləri arasında keçirilən “İlin  müəllimi” müsabiqəsinin qalibi olmuşdur.

“İlin fənn kabineti” müsabiqələrinin qalibi olmuşdur.

Yetirmələrinin respublika  fənn  olimpiadalarının yekun  turunda  on   ildən  artıq  ardıcıl   olaraq qaliblər  sırasında (1,2,3 yerlər)  olduğu  üçün,

DİM keçirdiyi  qəbul  imtahanlarında Azərbaycan  dili  və  ədəbiyyat  fənlərindən  ölkədə   ən  yaxşı  nəticə  göstərən  on  məktəb  sırasına  daxil olduğuna  görə,

”Ana dili millətin mənəvi sərvətidir” adlı ümumrespublika inşa müsabiqəsində yetirmələrinin göstərdiyi  yüksək nəticələrə görə rayon təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən 30-a qədər fəxri fərman, təşəkkürnamə  və  pul  mükafatlarına layiq görülmüşdür.

“Ana dilimizi sevək, sevdirək” adlı respublika səviyyəli şeir-inşa müsabiqəsinin münsiflər heyətinin  üzvü   olduğu  və  bu  işin  təşkilində fəal iştirakına görə təşkilat komitəsi tərəfindən Fəxri fərmana layiq  görülmüşdür.

2007 –ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl  təhsil  işçisi” döş nişanı ilə təltif edilmişdir.

2020-ci  ildəki fəaliyyətin reytinq qiymətləndirilməsindəki yüksək nəticəyə görə ADPU Quba filialı  rəhbərliyinin sertifikatına layiq görülmüşdür.

2021-ci ildə “Nizami Gəncəvi – 880” tədbirlərindəki fəaliyyətinə görə ADPU Quba filialı rəhbərliyinin sertifikatı – fəxri fərmanı ilə təltif edilmişdir.

 

Ailəlidir, 1 oğlu və 1 qızı var.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?

ADPU QUBA


This will close in 20 seconds