Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurası

        Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurası filialda Elmi Şuranın Əsasnaməsinə uyğun olaraq tədrisin keyfiyyətinin artırılması, şəhərin ictimai və mədəni həyatında filial əməkdaşlarının rolunun yüksəldilməsi kimi məqsədlərə xidmət edir.

        Elmi Şuranın sədri, ADPU-nun Quba filialının direktoru dosent Yusif İmrayıl oğlu Alıyev hər yeni dərs ilinin əvvəlində Elmi Şuranın tərtib edilmiş illik iş planının geniş müzakirəsini keçirir, iş planı  təsdiq olunduqdan sonra ayda bir dəfədən gec olmayaraq Elmi Şura iclaslarının iş planına müvafiq keçirilməsinə nəzarət və rəhbərlik edir. Elmi Şuraya çıxarılan məsələlər hazırlıqlı şəkildə, arayış və qərar layihəsilə birgə təqdim olunur. Müzakirələrdə demokratiklik, aşkarlıq və obyektivlik əsas meyarlar kimi daim gözlənilir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının tərkibi:

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının Elmi Şurası haqqında Əsasnamə

1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının (bundan sonra filialın) Elmi Şurası haqqında Əsasnamə Azərbaycan Respublikası qanunvericiliyinə. Təhsil Qanununa. Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, Ali təhsil müəssəsinin Nümunəvi Nizamnaməsinə, Azərbaycan Respublikası təhsil nazirinin 10 noyabr 1997-ci iltarixli, 792 nömrəli əmri ilətəsdiq edilmiş "Ali təhsil müəssəsinin Elmi Şurası haqqında Əsasnamə"yə. ADPU-nun Nizamnaməsinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurası haqqında Əsasnaməyə. ADPU Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli iclasında qəbul edilmiş "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filialının Elmi Şurası haqqənda Nümunəvi Əsasnaməyə" əsasən hazırlanmışdır və ADPU-nun Quba filialının Elmi Şurasının yaradılmasının və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

2. ADPU Quba filialının Elmi Şurası filialın kollegial idarə orqanıdır və filiala ümumi rəhbərlik bu Şura tərəfindən həyata keçirilir. Filial dirktoru Elmi Şuraya sədrlik edir.

3. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.

4. Elmi Şuranın tərkibinə seçilmə qaydası, onun hüquq və vəzifələri Azərbaycan Respublikası təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş “ Təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə zidd olmamaq şərti ilə aşağıdakı kimi müəyyənləşdirilir:

4.1. Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə filial direktoru (sədr), tədris işləri üzrə direktor müavini (sədrin müavini), direktor müavinləri, dekan, dekan müavini, filialın tərkibində fəaliyyət göstərən kafedraların müdirləri, tələbə və digər struktur bölmələrin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri daxil olurlar. Elmi Şuranın digər üzvləri filialın professor-müəllim və elmi işçilərin ümumi sayının 3-10% təşkil edə bilər. Bu miqdar direktor tərəfindən professor-müəllim heyyətinin sayından asılı olaraq müəyyənləşdirlir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10%-ə qədəri filial direktoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər.

4.2. Elmi Şuraya namizədlər hər bir fakültənin, kafedfranın və ya struktur bölməsinin professor-müəllim və elmi işçilərin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Fakültənin və ya müvafiq struktur bölməsinin professor-müəllim və elmi işçilərin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50%-dən daha artıq çox səs toplayanlar Elmi Şurayaüzv seçilmiş hesab edilirlər. Bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.

5. Filialın Elmi Şurası:

- Filialın əsasnaməsini qəbul edir, əsasnamədə əlavələr və dəyişikliklər aparmaq üçün ADPU Elmi Şurası qarşısında vəsadət qaldırır;

- Filialın Strateji inkişaf Proqramını qəbul edir və təsdqi üçün ADPU Elmi Şurasına təqdim edir;

- Filialın inkişafının ən vacib məsələləri, tədris və elmi fəaliyyətin müxtəlif istiqamətlərini Beynəlxalq əlaqələrini müəyyən edən qərarlar qəbul edir;

- Filial kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;

- Əsasnamələri, təlimatları və digər normativ sənədləri təsdiq edir;

- Filialın strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;

- Filialın tələbə qəbulu planını müəyyənləşdirir. Filialın maliyyə fəaliyyəti haqqında hesabatı dinləyir: fakültələrdə və kafedralarda vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontrakt və müqavilələrin vahid qaydalarını müvafiq formada təsdiq

- Kadr məsələlərinə baxır, filialın fakültə Elmi Şuralarının təklifi ilə müəllim, baş müəllim, dosent və professor vəzifələrini tumağa iddiaçıların müsabiqəsinin keçirilməsi, o cümlədən onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxmaq üçün ADPU Elmi Şurasında vəsadət qaldırır. Fakültə kafedralarındakı laborotoriya müdirlərini seçir;

- Hər il filialın fəalyyəti barəsində direktorun hesabatını dinləyir;

- Mütəxəssislərin, elmi pedaqoji kadrların hazırlanması, onarın əlavə təhsili məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;

- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədi ilə Şura üzvləri içərisindən Şuranın katibini seçib və təsdiq üçün ADPU Elmi Şurasına təqdim edir;

- Fakültələrin, kafedraların və filialın digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlledir;

- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;

- Filial əməkdaşlarına “professor” və “dosent” elmi adlarının verilməsi haqqında ADPU Elmi Şurası qarşısında vəsadət qaldırır;

- Filial əməkdaşlarının elmi-pedaqoji fəaliyyətə görə reytinq qiymətlənirilməsinin aparılması haqqında qərar verir;

- Tədris planlarını təsdiq edir: monoqrafiyaların və tədris proqramlarının nəşri üçün ADPU Tədris-Metodiki Şurası və Elmi Şurası qarşısında vəsadət qaldırır;

- İmtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalaını müəyyən edir;

- Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;

- Kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə müsabiqələri həyata keçirən Komissiya yaradır və onun tərkibini təsdiq edir, keçirilmiş seçkilərin nəticələrini təsdiq edilməsi haqqında ADPU Elmi Şurası qarşısında vəsadət qaldırır;

- Müstəsna hallarda fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda direktorun qərarı ilə dosent, baş müəllim və müəllimlərin vaxtından əvvəl işdən azad olunmaları barəsində məsələlərə baxır;

6. Elmi Şura filialın akademik təqvimini və tədrisi üçün nəzərdə tutulmuş iş planını təsdiq edir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir və direktor tərəfindən təsdiq edilir.

7. Tədris elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şura qərarı açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin seçilməsi və geri çağırılması, proffessor və dosent elmi adların verəlməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli  səsverçə yolu ilə qəbul edilir.

8. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.

9. Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin sayının 50%-dən çox müzakirə olunan məsələnin leyhinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir.

10. Elmi Şuranın qərarları yalnız başqa qayda müəyyən olunmayıbsa filial direktoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

11. Elmi Şuranın iclasları protokollaşdırılır. Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və Elmi Şuranın katibliyində saxlanır.

12. Elmi Şuranın sədri Şuranın qərarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

13. Əsaslı səbəblər olduqda Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə Filialın Şurasının qərarı ADPU Elmi Şurasının qərarı ilə rektor tərəfindən və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən  ləğv oluna bilər.

14. Bu Əsasnamə filial Elmi Şurasında qəbul olunur. ADPU-nun rektoru tərəfindən təsdiq olunur və imzalandiqdan sonra qüvvəyə minir. Əsasnaməyə əlavə dəyişiklik və düzəlişlər də eyni qaydada həyata keçirilir.

Əsasnamə ADPU-nun Quba filialının Elmi Şuranın 4 fevral 2019-cu il tarixli iclasında müzakirə və təsdiq (protokol №5) olunmuşdur.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının 2019/2020-ci tədris ili üçün

İŞ PLANI