Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında Elmi-Metodiki Şuranın növbəti iclası keçirilmişdir.
15 yanvar 2026-cı il tarixində baş tutan iclası filialın Tədris və elmi işlər üzrə direktor müavini t.ü.f.d İsmayıl Mahmudov yetərsay olduğunu qeyd edərək açıq elan etmiş, daha sonra iclasda tədris prosesinin metodik təminatı, pedaqoji təcrübələrin təşkili, innovativ təlim təşəbbüsləri və tədrisin keyfiyyəti ilə bağlı aktual məsələlər müzakirə olunmuşdur.
İclasda aşağıdakı məsələlərə baxılmışdır:
Tədris və istehsalat təcrübələrinin təşkili üzrə hazırlanmış metodik vəsait elmi-metodiki baxımdan müzakirə edilmişdir;
Filialın Pedaqoji təcrübə üzrə rəhbəri Şəhla Mədətovanın tədris prosesində innovativ yanaşmaların tətbiqinə yönəlmiş “Canlı pedaqogika laboratoriyası” layihə təklifi təqdim olunmuşdur;
Müəllimlərin dərs müşahidələri əsasında formalaşan ümumi metodik meyillər ətrafında müzakirələr aparılmışdır;
Cari məsələlər üzrə fikir mübadiləsi edilmişdir.
Müzakirələr zamanı tədris prosesinin təkmilləşdirilməsi, metodik yanaşmaların gücləndirilməsi və qabaqcıl pedaqoji təcrübələrin təşviqi istiqamətində tövsiyə xarakterli qərarlar qəbul olunmuşdur.
Qeyd edək ki, ADPU-Quba filialında Elmi-Metodiki Şura tədrisin keyfiyyətinin yüksəldilməsi və metodik inkişafın təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.






