Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə III kurs tələbələrinin elmi məqalələri ölkənin vahid psixologiya internet resursu olan, gənc tədqiqatçıların araşdırmalarına yer ayıran Psixoloq.az internet portalında dərc olunub.
Aytən Rəsulova – “Sosial media istifadəsi və özünüqiymət: sosial-psixoloji yanaşma”
Aygül Şükürova – “Ailənin psixoloji mühiti gələcəyimizi necə formalaşdırır?”
Tələbələrimizin aktual psixoloji mövzulara elmi yanaşması, tədqiqat bacarıqlarını inkişaf etdirməsi və ilk araşdırmalarını ictimaiyyətə təqdim etməsi onların gələcək peşəkar fəaliyyətləri üçün mühüm başlanğıcdır.
Gənc tədqiqatçılarımızı elm yolunda atdıqları ilk uğurlu addımlar münasibətilə səmimi-qəlbdən təbrik edirik!
