Dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsində polisin rolu

08.07.2024
Dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsində polisin rolu

Quba filialında 2 İyul Azərbaycan Polisi Gününə həsr olunmuş “Dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsində polisin rolu” adlı elmi-praktik konfrans keçirilib

​Filialın tələbələri Rəşad Abdullayev və Zəhra Məmmədovanın moderatorluğu ilə keçirilən konfransı filialın direktoru dos.Yusif Alıyev açıq elan etdi, qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verdi, Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramı münasibətilə bütün polis əməkdaşlarını təbrik etdi. Direktor çıxışında Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev başda olmaqla Qubada xidmət aparan bütün polis kollektivinin bu istiqamətdə gördüyü sistemli işlərin rayon ictimaiyyəti və gənclər tərəfindən alqışlandığını diqqətə çatdırdı. Həmçinin bununla da bir ziyalı olaraq qürur duyduğunu vurğuladı. Ali təhsil ocağının rəhbəri həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq, polisin dövlətçilik yönündə gördüyü işlərə toxundu. Sonra çıxış üçün söz Quba Rayon Polis Şöbəsinin rəis köməkçisi Rüstəm Hüseynova təqdim edildi. R.Hüseynov öz çıxışında Azərbaycan polisinin Quba rayonunda da apardığı böyük və məqsədyönlü fəaliyyətdən ətraflı bəhs etdi, qazanılan uğurları sadaladı.

Azərbaycan Ordusunun əsgəri, Şəhid Abdulrəhimov Ramin Şövkət oğlunun anası, Quba Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Humay Abdulrəhimova çıxış etdi, filial rəhbərliyinə Şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi, oğlunun da ən böyük arzusunun polis kimi xidmət göstərmək olduğunu vurğulayaraq, bütün Azərbaycan polislərini təbrik etdi.

Konfransda Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev, Riyaziyyat və informatika kafedrasının müdiri v.m.i.e. fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov, Humanitar elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edib, filialın tələbələri Günəş İskəndərov, Gülyanaq Əhmədovaqəhrəman Azərbaycan polislərinə həsr edilən şeirlər səsləndiriblər.

Tədbir filialın əməkdaşları p.ü.f.d Aysel Şeydayeva və Ləman Əliyevanın hazırladıqları videoçarxın nümayiş etdirilməsi ilə sona çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?