Direktor musiqi savadı olan gənclərlə görüşüb

06.05.2026
Direktor musiqi savadı olan gənclərlə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbə gənclərin sosial-mədəni həyatının sistemli şəkildə zənginləşdirilməsi və yaradıcı potensialının üzə çıxarılması istiqamətində mühüm təşəbbüs reallaşdırılmaqdadır. Filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin təşəbbüsü ilə tələbələrdən ibarət lokal instrumental ansamblın yaradılması nəzərdə tutulmuşdur. Bu təşəbbüs ali təhsil mühitində estetik zövqün formalaşdırılması, milli-mədəni dəyərlərin təbliği və tələbələrin asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır.

Təşkil olunan görüşdə filialın tədris və elmi işlər üzrə direktor müavini p. f. d Pərvanə Rzayeva və Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova iştirak etmiş, təşəbbüsün əhəmiyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Ansamblın tərkibi ilə bağlı təqdimatda filialın tələbələri Əminə Vəliyeva, Xədicə Orucova, Leyla Heydərova, Xumar Qədirova, Tofiq Dadaşov, Nərmin Abdullayeva, Türkanə Qazıyeva, Yeganə Harunova və Nərgiz Abdullayevanın adları qeyd olunmuşdur. Bu gənclərin bir araya gətirilməsi filialda yaradıcı mühitin formalaşdırılması və kollektiv fəaliyyət bacarıqlarının inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.

Görüş zamanı Yusif Alıyev tələbə heyəti ilə səmimi və motivasiyaedici söhbət apararaq vurğulamışdır ki, ali təhsil yalnız akademik biliklərlə məhdudlaşmamalı, eyni zamanda tələbələrin mədəni-estetik inkişafını da əhatə etməlidir. Professor gənclərin təşəbbüskarlığını yüksək qiymətləndirərək onların gələcək fəaliyyətlərində uğurlar arzulamış, yaradıcı təşəbbüslərin daim dəstəklənəcəyini bildirmişdir.

Görüşün sonunda tələbə gənclər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, tədbir Heydər Əliyev Lektoriyasında keçirilmişdir və bu təşəbbüs filialın sosial-mədəni həyatının daha da canlandırılması, tələbələrdə kollektiv yaradıcılıq ruhunun gücləndirilməsi və universitet mühitində sağlam mənəvi atmosferin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?