Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Direktor haqqında məlumat

Yusif İmrayıl oğlu Alıyev

Elmi dərəcə: Fizika üzrə fəlsəfə doktoru, Dosent

Email: [email protected]

Telefon: +99423 335 20 86

Yusif  İmrayıl oğlu Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavraturasını, 2002-ci ildə həmin universitetinin fizika fakültəsinin magistraturasını "optoelektronika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildən AMEA Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə AMEA Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur.

2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2009-cu ildən Dövlət İmtahan Mərkəzi  (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri, 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri və baş mütəxəssis vəzifələrində işləmişdir.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.

20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) təyin edilmişdir.

15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedagoji Unversitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

03 oktyabr 2017-ci il tarixdən Azərbaycan Dövlət Pedagoji Unversitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

27 avqust 2019-ci il tarixindən Azərbaycan Dövlət Pedagoji Unversitetinin Quba filialına direktor vəzifəsinə təyin olunub.

61 elmi məqalə (32 məqalə SCI jurnallarda) və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir.

Ailəlidir, 2 oğlu var.