ADPU-nun Quba filialının daha bir məzunu xaricdə təhsil almaq üçün böyük uğur qazanıb!
Filial məzunu: “Əziz abituriyentlər, tələsin, gözəl Qubada yüksək təhsil almaq özü də bir gözəllikdir!”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının daha bir tələbəsi xaricdə magistratura təhsili almaq haqqı qazanıb. Bu dəfə uğur yolumuz Anadolu sərhədlərini aşaraq Polşaya doğru uzanıb.
Belə ki, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının 2024-cü il məzunu Cəfərova Nuriyyə Vaqif qızı magistratura təhsilini Polşanın nüfuzlu Sosial Elmlər Universitetində (Uczelnia Nauk Społecznych-UNS) “İqtisadi menecment” ixtisası üzrə təhsil alaraq davam etdirəcək.
Qazandığı uğura görə məzunumuz Nuriyyə Cəfərovanı ADPU-nun Quba filialı ailəsi olaraq ürəkdən təbrik edir, uğurlarının daimi və bol olmasını arzulayırıq.
Bütün bu uğur da son illər filialda həyata keçirilən məqsədyönlü tədris prosesinin real nəticəsidir.
Sevincini bizimlə bölüşən magistr Nuriyyə Cəfərova abituriyentləri ixtisas seçimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına üstünlük verməyə dəvət edib.
“Əziz abituriyentlər, tələsin, gözəl Qubada yüksək təhsil almaq özü də bir gözəllikdir!”,-deyən sevimli məzunumuz sözlərini zərif bir gülüşlə bitirib.