Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Yusif Alıyevin nüfuzlu “Azərbaycan Müəllimi” qəzetində dərc olunan “Dəyişən cəmiyyət, yeni təhsil düşüncəsi” adlı məqaləsi müasir dövrün sürətlə dəyişən qlobal çağırışları fonunda milli təhsil sistemimizin qarşısında duran strateji hədəfləri və yeni paradiqmaları əhatə edir.
Bu məqalə sadəcə akademik yanaşma deyil, həm də cəmiyyətin tələblərinə cavab verən kadr hazırlığı, pedaqoji innovasiyalar və müəllim peşəkarlığına verilən yeni tələblər baxımından dəyərli bir baxış bucağıdır.
Məqalənin tam mətni ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
Təhsilin fəlsəfəsinə elə təhsilin öz içindən ayna tutduğunuz və bu cür dərin təhlil apardığınız üçün təşəkkür edirik, hörmətli Yusif müəllim!
https://muallim.edu.az/deyisen-cemiyyet-yeni-tehsil-dusuncesi?fbclid=IwY2xjawUPMZ5wZG9mAWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR7dj8zFO8A3wPsjpWS7wPgM8LW9mifq0wD-sogXn9HdqKTaVUKFtQKW3Ca3kw_aem_A1Iea_mPqJ3xjYgWtgfcOw
