Tələbələrimizin Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına səfəri.

  • Təlimatçı : root
  • Müddəti: 10 weeks

Ana Vətənimiz Azərbaycanın tarixi yerlərini görmək, adət-ənənələrimizlə yaxından tanış olmaq, bölgələrimizin coğrafiyasına, etnoqrafiyasına bələd olmaq məqsədilə Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına səfər etdik.

          04 may 2019-cu il tarixində ADPU-nun Quba filialının 3-cü kurs tarix və cografiya müəllimliyi ixtisası üzrə təhsil alan 415-416-cı qrup tələbələri ilə Ana Vətənimiz Azərbaycanın tarixi yerlərini görmək, adət-ənənələrimizlə yaxından tanış olmaq, bölgələrimizin coğrafiyasına, etnoqrafiyasına bələd olmaq məqsədilə Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına səfər etdik.

 

   

 

Səfərimizi Şamaxı şəhərinin girəcəyində salınmış 1918-ci ildə başda Nuru Paşa olmaqla Qafqaz İslam ordusunun tərkibində yeni qurulmuş AXC -yə hərbi yardıma gəlmiş Osmanlı dövlətinin 1130 qəhrəman Türk şəhidinin abidəsini ziyarət etməklə başladıq.

Səfər çərçivəsində müasir Qəbələ şəhərindən cənub – qərbdə Çuxur Qəbələ, Mirzəbəyli, Tövlə kəndlərinin yaxınlığında Qaraçay və Covurluçay arasındakı yaylada olduq. Sahəsi 11.77 hektardır.

Dövr I-XI əsrlər (V əsrə qədər Albaniyanın paytaxtı olub).

 

  

    

 

Buradakı arxeoloji qazıntılar zamanı üzə çıxarılmış qəbirlər, orta tunc dövrünə aid boyalı qabların qalıqları, torpaq altından üzə çıxarılmış yaşayış məskənləri, Kabalaka qala qapılarının qalıqları ilə tanış olmaq, tariximizi bir daha yaxından tanımağa, öyrənməyə və Qafqaz Albaniyası haqqında tələbələrdə daha çox məlumat toplamağa imkan vermiş oldu.

 

   

 

Bundan başqa Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonuna səfərimiz çərçivəsində Lahıc dövlət tarix – mədəniyyət qoruğunda olduq. Bakıdan şimal – qərbdə 180 km, Müsüslü dəmir yol stansiyasından 71 km aralıda yerləşir. Lahıcın 2000 ildən artıq tarixi var. Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbirstanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ağsaqqallardan öyrəndik ki, Lahıc 7 məhəlləyə bölünürdü. Xalq sənətkarlığı, misgərlik, dülgərlik, həkkaklıq, qalayçılıq, dəmirçilik, sərraclıq, çəkməçilik, xalçaçılıq, papaqçılıq, nəqqaşlıq, dabbaqlıq, silahsazlıq, çarıq tikmə sənəti bu yerin qədimliyindən xəbər verir və dünyanın ən məşhur muzey və kolleksiyalarının  ekspozisiyalarını bəzəməkdədir. Lahıc XVIII – XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Bu tarixi məkanın insanları, təbiəti, burada yaşayan insanların məişət həyatı, adət – ənənələri və tarixi yerləri; qədim məhəllə hamamları, XIX əsrə aid tikililər, məhəllə məscidləri, qədimi xalçalar, məişət, zinət əşyaları və s. ilə yaxından tanış olmaq imkanımız oldu. Lahıc qəsəbəsi kimi qədim sənətkarlıq yurdu və açıq səma altında bir muzey həmişə diqqət mərkəzində olacaq və çiçəklənən Azərbaycan torpağının bir gözəl guşəsi kimi hər bir kəsi cəlb edəcəkdir.

Düşünürük ki, səfərimiz tələbələr üçün məhsuldar keçdi. Tələbələrimizdə nəzəri olaraq bu yerlərin tarixi haqqında qazanılmış biliklər bir daha əyani baxımından möhkəmlənmiş oldu. Bu ərazilərin abidələri ilə yerindəcə tanışlıq tələbələrdə daha çöx maraq oyatdı və tarixi biliklərini bir daha möhkəmlətmiş oldu.

 

   

Mənbə: ADPU Quba filialı

Müəllif: Sərxan Ağası

Curriculum is empty

ADPU-nun Quba filialında tədris və elmi işlər üzrə direktor müavini

There is no review for this course

ADPU

Free

Reytinq

Not enough ratings to display

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir