- Təlimatçı : root
- Müddəti: 10 weeks
Kateqoriyalar: TƏLƏBƏ FƏALİYYƏTİ
Noyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə ” Paylaşmaq gözəldir -5” layihəsi həyata keçirilib.
Layihəni həyata keçirmək üçün filialın bir qrup fəal tələbə-gəncləri Quba rayonu Zərdabi qəsəbəsində yerləşən İnternat tipli 1 saylı uşaq evini ziyarət ediblər. Tələbə-gənclərin təşəbbüsü ilə alınan hədiyyələr və ərzaqlar öz sahiblərinə çatdırılıb. Bu layihə çərçivəsində hər iki müəssisənin təhsilalanları arasında dostluq körpüsü yaranıb.Layihənin həyata keçirilməsində bütün filial kollektivi yaxından iştirak edib.
Mənbə: ADPU Quba filialı
Müəllif: Yusif Abayev