- Instructor: root
- Duration: 10 weeks
Categories: TƏLƏBƏ FƏALİYYƏTİ
ADPU -nun Quba filialının tələbəsi Sərdarlı Nigarın “Spirit time” adlı Beynəlxalq Elmi araşdırmalar jurnalında ingilis dilində məqaləsi çap olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Sərdarlı Nigarın “Spirit time” adlı Beynəlxalq Elmi araşdırmalar jurnalında ingilis dilində məqaləsi çap olunub. Məqalə “The applying methodics of searching an elemnt in ordered array” adlanır. Sərdarlı Nigar elmi araşdırmanı filialın Pedaqoji və ictimai fənlər kafedrasının dosenti Hidayət Tağıyev ilə birlikdə aparmış və jurnalda çap olunmasına layiq görülmüşdür.Sərdarlı Nigarı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.