ADPU-nun Quba Filialında imtahan prosesi yekunlaşıb

  • Təlimatçı : root
  • Müddəti: 10 weeks

ADPU-nun Quba filialında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan prosesi yekunlaşıb.

ADPU-nun Quba filialında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan prosesi yekunlaşıb. İmtahan prosesi filialın direktoru dosent Yusif Alıyevin birbaşa nəzarəti ilə mərkəzləşdirilmiş qaydada, obyektiv, şəffaf və təlimatlara uyğun təşkil edilib. İmtahan prosesində verilən daxili əmrə əsasən İmtahan Qərargahı yaradılıb. Filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov İmtahan qərargahının sədri, filialın İnsan resursları və ümumi şöbəsinin müdiri Sahilə Ağasıyeva imtahan prosesinə ümumi əsas rəhbər, Tədris tələbə şöbəsinin inspektoru Elnare Musayeva imtahan idareetme qrupunun rəhbəri, DGTŞ sədr müavini Pərvane Rzayeva imtahan prosesində bas nəzarətçi, filialın əməkdaşları Elbrus Əhmədov, Kəmalə Bayramova, Eyvaz Şeydayev, Tərifə Qubatova, Günay Qayıbova, Səidə Rüstəmova, Şəhla İsmayılova, Xəyalə Kəlbalıyeva, Hökümə Müzəffərova, Nəzakət Kazımova nəzarətçilər, Pedaqoji və ictimai fənlər kafedrasının laborantı Sevinc Əhmədzadə imtahan işlərinin şifrələnməsi üzrə nəzarətçi, Apelyasiya Kommisiyasının sədri Aygün Şıxbabayeva və filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev, filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov Apellyasiya komissiyasının uzvleri kimi filialın direktoru dosent Yusif Alıyevin imtahan prosesinin keçirilməsi ilə bağlı bütün tapşırıq və tövsiyyələrini lazımınca yerinə yetirmiş, etimadı doğrultmuşlar.

Sessiyanın əvvəlində ümumilikdə 822 tələbə sayından 789 nəfər tələbə imtahana buraxılmış, digərləri isə üzürlü və üzürsüz səbəbdən imtahanlarda iştirak etməmişdir. 6 ixtisas, 36 qrup üzrə 205 fənndən imtahan keçirilmişdir.

Bu gün sevindirici haldır ki, yekunlaşan imtahan prosesində əldə edilən nəticələr filialda təhsil alan Azərbaycan gəncliyinin savadlı kadr kimi yetişdirilməsi yönündə atılan addımların başlanğıcıdır. İmtahan prosesinin təlimatlara uyğun, tam şəffaf və obyektiv keçirilməsi, neqativliklərin aradan qaldırılması filialın direktoru dosent Yusif Alıyevin də vurğuladığı kimi yeni layihələrə, ideyalara köklənmənin zamanının çatdığının bir göstəricisidir.

Bu uğurlu nəticəyə görə bütün filial əməkdaşlarını və tələbələri təbrik edirik.

Mənbə: ADPU-nun Quba filialı

Müəllif: Sərxan Ağası

Curriculum is empty

Direktor

There is no review for this course

ADPU

Free

Reytinq

Not enough ratings to display

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir