18 Aprel — Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları t. f. d Mürvət Əliyev və t. f. d. Təhminə Əliyeva və “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbə heyəti qədim Şabran şəhər qoruğuna elmi-praktik səfər etmişdir.
Tədbir çərçivəsində çıxış edən Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, ilk növbədə filialın direktoru, professor Yusif Alıyevin salamlarını və tədbir iştirakçılarına uğur arzularını çatdırmışdır. Baş müəllim M. Əliyev öz çıxışında Şabranın orta əsrlər Azərbaycan dövlətçiliyindəki strateji əhəmiyyətindən, şəhərin iqtisadi-mədəni çiçəklənmə dövründən və bu günümüzə gəlib çatan arxeoloji irsin qorunmasının vacibliyindən bəhs etmişdir.
Səfər zamanı əsas məqsəd, tələbələrin nəzəri biliklərini bilavasitə tarixi məkanlarda praktiki müşahidələrlə zənginləşdirmək,çilli-mədəni irsimizə qayğı və tariximizə bağlılıq ruhunu aşılamaq,
regionun turizm potensialı və tarixi abidələrin restavrasiyası məsələlərini elmi müstəvidə müzakirəsini həyata keçirmək olmuşdur.





