Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

03.02.2022
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib
ədbir filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə başlamışdır. O, bu günün xüsusi olduğunu vurğulamış və bu günə özəl olaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş, ADPU-nun Quba filialının tələbələri, qazi Elvin Seyfəddinovun, Səfa Mərdanovun da iştirak etdiyini qeyd etmişdir. Daha sonra sözü filialın direktoru, dosent Yusif Alıyevə vermişdir. Y. Alıyev ilk növbədə tədbir iştirakçılarını Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmiş, bu günün 25 illik tarixinə toxunmuşdur. Sözünə davam edərək Azərbaycan gəncliyindən bəhs edən Y.Alıyev bildirmişdir ki, gənclər cəmiyyətimizin ayrılmaz parçasıdır. Tariximizdə Azərbaycan üçün misilsiz töhfələr verən gənclərimiz olmuşdur. Danılmazdır ki, bu sıranın ilk yerini məhz 44 günlük Vətən müharibəsinin gənc iştirakçıları olmuşdur. Onların Qələbəmizdəki roluna toxunan direktor, tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları olan tələbələrimizə öz dərin minnətdarlığını bildirmiş və xüsusilə vurğulamışdır ki, onların qəhrəmanlığı Vətən tariximizə qızıl hərflərlə yazılmışdır.
Ardınca söz bu günün əsl qəhrəmanları olan gənclərimizə verilmişdir. Onlar da tədbirdə iştirak edən digər gəncləri təbrik edərək, onlara uğurlar arzu etmişdilər. Qısaca ll Vətən müharibəsi xatirələrindən bəhs edərək, orda iştirak edən gənclərimizin Vətən üçün necə savaşdığından, birlik olmaqlarından söz açmışdılar. Vətən müharibəsi iştirakçıları fəaliyyətlərini diqqətdə saxladıqlarına görə, filialın rəhbəri dos. Y. Alıyev başda olmaqla, bütün kollektivə təşəkkürlərini bildirdilər.
Gənclər gününə özəl təşkil olunmuş tədbirin iştirakçıları digər tədbirlərdən fərqli olaraq yalnız gənclərdən ibarət olmuşdur.
Əlavə olaraq qeyd edək ki, ADPU-nun Quba filialının tələbələri olan Elvin Seyfəddinov və Səfa Mərdanov 2020-ci il 27 sentyabrda başlanan ll Vətən müharibəsinin fəal iştirakçıları olmuşlar. E.Seyfəddinov Füzuli, Xocavənd, Ağdam istiqamətlərində döyüşlərdə iştirak edərək, “Xocavənd uğrunda” medalına, “Vətən müharibəsi iştirakçısı” fəxri adına layiq görülmüşdür. S.Mərdanov isə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edərək, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bizlər də bütün gənclərimizlə, xüsusilə də 44 günlük Vətən müharibəsində iştirak etmiş hər bir gəncimizlə fəxr edirik. Şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Gününüz mübarək əziz gənclər!!!
   
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?