Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 19–21 noyabr 2026-cı il tarixlərində “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda VI beynəlxalq elmi konfrans keçirəcəkdir.

19.10.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 19–21 noyabr 2026-cı il tarixlərində “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər”  mövzusunda VI beynəlxalq elmi konfrans keçirəcəkdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 19–21 noyabr 2026-cı il tarixlərində “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” (“Higher Education in the Regions: Realities and Perspectives”) mövzusunda VI beynəlxalq elmi konfrans keçirəcəkdir.

Konfrans Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, I Türkoloji Qurultayın 100 illiyinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının yaradılmasının 35 illiyinə həsr olunur.

Konfrans milli və beynəlxalq tərəfdaş ali təhsil və elmi-tədqiqat müəssisələrinin iştirakı ilə təşkil olunur və müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları, müəllimləri, doktorantları və gənc tədqiqatçıları bir araya gətirməyi nəzərdə tutur. Konfrans təhsil elmləri, humanitar və sosial elmlər, təbiət və dəqiq elmlər, coğrafiya və ətraf mühit, riyaziyyat və kompüter elmləri, iqtisadiyyat və idarəetmə, eləcə də fənlərarası və multidissiplinar tədqiqatları əhatə edir.

Konfrans hibrid formatda — əyani və onlayn keçiriləcək. Konfransın işçi dilləri Azərbaycan və ingilis dilləridir, lakin məqalələr yalnız ingilis dilində qəbul olunur. Yalnız Türkologiya bölməsi üçün istisna tətbiq edilir: bu bölməyə məqalələr istənilən türk dilində təqdim edilə bilər.

Təqdim olunan məqalələr iki qat rəy prosesindən keçiriləcək. Qəbul edilmiş məqalələr konfrans materialları toplusunda nəşr olunacaq, hər məqaləyə DOI, topluya isə ISBN veriləcək. Seçilmiş yüksək keyfiyyətli məqalələr beynəlxalq indeksli jurnallarda nəşr üçün tövsiyə ediləcək.

Hər müəllif konfransda yalnız bir məqalə ilə iştirak edə bilər və bir məqalədə maksimum 3 müəllif ola bilər. Konfransda iştirak qeydiyyat və nəşr ödənişlidir; ödənişlə bağlı məlumat məqalə qəbul edildikdən sonra müəllifə təqdim olunacaq.

Məqalələrin son qəbul tarixi: 10 noyabr 2026

Qəbul barədə bildiriş: 12 noyabr 2026

Konfrans: 19–21 noyabr 2026, Quba

Format: Hibrid (əyani və onlayn)

Məqalələrin qəbulu: aspuguba@gmail.com

Əlaqə / WhatsApp: +994 51 799 43 99

Məqalələr 4–7 səhifə həcmində hazırlanmalı, orijinallıq göstəricisi ən azı 70% olmalı və istinadlar APA 7 standartına uyğun tərtib edilməlidir.

Elm və təhsil ictimaiyyətini VI Beynəlxalq Elmi Konfransda iştirak etməyə və elmi nəticələrini beynəlxalq akademik platformada paylaşmağa dəvət edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?