Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba-Xaçmaz Regional Təhsil İdarəsi arasında görüş keçirilmişdir.

30.04.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba-Xaçmaz Regional Təhsil İdarəsi arasında görüş keçirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə işgüzar səfər etmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Regional təhsil idarəsinin müdiri Coşqun Əliyev ilə görüş keçirmiş, tərəflər arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

Görüş zamanı pedaqoji kadr hazırlığı, tələbələrin region məktəblərində təcrübə imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafına metodiki dəstəyin göstərilməsi, eləcə də şagirdlərin akademik nailiyyətlərinin artırılmasına, respublika və beynəlxalq olimpiyadalarda iştirak imkanlarına yönəlmiş birgə fəaliyyətlər diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, təhsildə rəqəmsallaşma, innovativ yanaşmaların tətbiqi, STEAM istiqamətli təşəbbüslərin genişləndirilməsi və tədris resurslarından birgə istifadə məsələləri də müzakirə edilmişdir.

Tərəflər, həmçinin region üzrə kadr ehtiyaclarının planlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və sosial-maarifləndirici layihələrin birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.

Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanması barədə razılıq əldə olunmuşdur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?