Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Özbəkistan Respublikasının Fərqanə Vilayətinin Müəllim Bacarıqlar Mərkəzinin əməkdaşları qarşılıqlı təlimlər keçiriblər.

27.05.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Özbəkistan Respublikasının Fərqanə Vilayətinin Müəllim Bacarıqlar Mərkəzinin əməkdaşları qarşılıqlı təlimlər keçiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfransında iştirak edən Özbəkistan nümayəndələri üçün “İnklüziv təhsil” mövzusunda təlim seminarı keçirib.

ADPU-nun Quba filialının “Dəqiq və təbiət elmləri” fakültəsində d.v.m.i. e. Nübar Bayramova tərəfindən təşkil olunan təlimdə oyuna əsaslanan təlim və inklüziv təhsildə fərdi yanaşma kimi məsələlərə toxunulub. Təcrübəli pedaqoq çıxışında Pedaqoji Universitetinin Quba filialının təcrübəsinə dair mühüm məqamlardan bəhs edib.

Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin (PBM) direktoru Məftunə Odilxujayeva ADPU-nun Quba filialının pedaqoji və inzibati heyəti üçün seminar keçirib. Təlimçi Özbəkistanın təhsil sistemindən barədə müfəssəl məlumat verib.

Sonra Pedaqoji Bacarıqlar Mərkəzinin (Özbəkistan) direktor müavini Kamoldin Marasulov Azərbaycan və özbək dillərinin oxşar və fərqli cəhətlərinə dair təqdimatla çıxış edib.

Özbəkistan PBM-nin mütəxəssisi Dilroba Talabova isə çıxışında Azərbaycanın təhsil və elm naziri Emin Əmrullayev ilə Özbəkistanın Məktəbəqədər və Məktəbəqədər Təhsil Nazirliyi Hilola Umarova arasında keçirilən görüş zamanı müzakirə olunan məsələlərə toxunub.

Tərəflər keçirilən seminarların nəticələrini yüksək dəyərləndiriblər.

Seminarların onlayn şəkildə davamlı təşkili barədə ümumi razılıq əldə olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?