Azərbaycan Dövlət Pedaqoji Universitetində insan resursları sahəsinə həsr olunmuş seminar keçirilib

10.04.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetində insan resursları sahəsinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən insan resursları sahəsinə aid seminar təşkil olunmuşdur.

Seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun filiallarının İnsan resursları şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuşdur. Təlim universitetin Təlim-tədris mərkəzində keçirilib və təlimçi qismində ADPU-nun İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Qumral Qədimova çıxış edib.

Təlimin əsas məqsədi iştirakçılara insan resurslarının idarə olunmasının əsas prinsiplərini, işçi performansının qiymətləndirilməsi üsullarını, eləcə də təşkilatda sağlam iş mühitinin formalaşdırılması yollarını aşılamaq olub.

Seminar çərçivəsində aşağıdakı mövzuların müzakirələri aparılmışdır:

• İnsan resurslarının idarə olunmasının əsasları

• Performans qiymətləndirmə sistemi

• Əmək qanunvericiliyi və HR praktikasında tətbiqi

• Təşkilati mədəniyyət və işçi bağlılığı

Qeyd edək ki, seminarda ADPU-nun Quba filialının İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov da iştirak etmişdir. Təlimdə iştirak gələcəkdə filialda insan resursları sahəsində oxşar seminar və təlimlərin təşkili istiqamətində maraq yaradıb. Bildirilib ki, silsilə təlimlər çərçivəsində növbəti tədbirlərdən birinin Quba filialında keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, tədbir zamanı bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlimdə iştirak edən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?