“Autizm spektrində inkişaf: elmi yeniliklər və praktik tətbiqlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

29.04.2026
“Autizm spektrində inkişaf: elmi yeniliklər və praktik tətbiqlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Aprel ayı – Autizm Maarifləndirmə ayı çərçivəsində “Autizm spektrində inkişaf: elmi yeniliklər və praktik tətbiqlər” mövzusunda elmi-praktiki konfrans təşkil olunmuşdur. Tədbir ADPU-nun Quba filialı və Mentis Kids Psixologiya Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir.

Konfrans filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutmuşdur. Tədbirin açılış nitqini edən professor Yusif Alıyev autizm spektr pozuntularının müasir dövrdə aktuallığını xüsusi vurğulamış, bu sahədə aparılan elmi tədqiqatların və praktik yanaşmaların cəmiyyət üçün əhəmiyyətini geniş şəkildə izah etmişdir. Professor çıxışında qeyd etmişdir ki, inklüziv təhsil mühitinin formalaşdırılması, erkən diaqnostika və kompleks dəstək mexanizmlərinin tətbiqi autizmli fərdlərin sosial inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin ali təhsil müəssisələri ilə praktik sahə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Konfrans çərçivəsində müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə panel müzakirələri təşkil olunmuşdur.

Psixoloji panel üzrə çıxış edənlər:

defektoloq-loqoped Esmira Kazımova, filialın Humanirar və təbiət elmləri fakültəsinin denanı v.m.i.e

Nübar Bayramova, Mentis Psixologiya Mərkəzinin direktoru, uşaq inkişaf mütəxəssisi, Musa Məmmədzadə,

tibbi panel üzrə isə həkim-pediatr Ülviyyə Həziyeva, həkim-psixiatr

Aydan Cabbarova çıxış edərək autizm spektr pozuntularına dair elmi yeniliklər, sübutlara əsaslanan praktik müdaxilə metodları, inklüziv təhsil modelləri, eləcə də psixoloji və tibbi yanaşmaların inteqrasiyası geniş müzakirə etmişdirlərr. Eyni zamanda, mütəxəssislər tərəfindən real təcrübələrə əsaslanan nümunələr təqdim edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Konfransda ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələr və müvafiq sahə üzrə mütəxəssislər iştirak etmiş, tədbir elmi fikir mübadiləsi və təcrübə paylaşımı baxımından məhsuldar platforma rolunu oynamışdır.

Tədbirin sonunda “Mentis” Psixologiya Mərkəzinin direktoru Musa Məmmədzadə, autizm sahəsində elmi və praktik fəaliyyətinə görə professor Yusif Alıyev tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.

Konfrans inklüziv cəmiyyət quruculuğuna, elmi biliklərin praktikaya tətbiqinə və bu sahədə multidissiplinar əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilmişdir.

Sonda xatirə fotoları çəkilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?