Agentliyin direktoru ADPU-nun Quba filialında olub

06.07.2026
Agentliyin direktoru ADPU-nun Quba filialında olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olub. Səfər çərçivəsində agentlik rəhbərinin filialın rəhbərliyi və pedaqoji heyəti ilə geniştərkibli görüşü keçirilib. Görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Aliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyini filialda salamlamaqdan məmnunluğunu ifadə edərək, son illərdə burada aparılan köklü struktur islahatları, tədrisin keyfiyyətinin yüksəldilməsi və regionda pedaqoji kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Professor Yusif Aliyev çıxışında filialın beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayaraq bildirib ki, əsas hədəf ADPU-nun Quba filialını regional təhsil mərkəzi olmaqla yanaşı, həm də beynəlxalq tərəfdaşlıqların fəal iştirakçısına çevirməkdir. Onun sözlərinə görə, xarici universitetlərlə qurulan elmi və akademik əməkdaşlıq, ortaq konfranslar və təcrübə mübadilələri həm professor-müəllim heyətinin potensialını artırır, həm də tələbələrə qlobal təhsil trendlərinə inteqrasiya olunmaq imkanı yaradır və təhsil proqramlarının beynəlxalq standartlar səviyyəsində qurulması bu regional ali təhsil ocağının rəqabətədavamlılığını təmin edən ən mühüm amildir. İşgüzar şəraitdə keçən görüş zamanı universitetdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə dair strateji hədəflər, müəllim hazırlığının təkmilləşdirilməsi, yeni təhsil proqramlarının hazırlanması və mövcud təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin pedaqoji heyətin rəy və təklifləri dinlənilib.

Daha sonra Ülkər Səttarova filialın maddi-texniki bazasına, tədris auditoriyalarına və həyətyanı sahəyə baxış keçirərək ali təhsil müəssisəsinin mövcud şəraiti və həyata keçirilən yeniliklərlə yaxından tanış olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?