Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil

M Ə L U M A T

Hazırda filialda 775 nəfər tələbə təhsil alır. Onlardan 4 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində filiala 6 ixtisas üzrə 187 nəfər tələbə qəbul olunmuşdur. Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

-Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti;
Kafedralar:
-Pedaqoji və ictimai fənlər kafedrası;
-Təbiət fənləri və onun tədrisi metodikası kafedrası;
- Ədəbiyyat və dillər kafedrası;


ADPU nun Quba filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə Filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 514-285bal
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 513-301bal
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 464-239bal
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 434-235bal
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 420-244bal
“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə - 376-213bal

Ölkə başçısının 27 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir. 2012-ci ildən bu ali məktəbə iqtisad elmləri doktoru, professor Əli Qulu oğlu Allahverdiyev rəhbərlik edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bir ali təhsil müəssisəsi kimi ötən 26 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq

ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Şərq bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Qubada fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır. 1991-1992-ci tədris ilində filiala 4ixtisas üzrə respublikanın 31 şəhər və rayonundan 120 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 6 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və AMEA –danda alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq ali təhsilli pedaqoji kadr hazırlanmışdır. Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 46 nəfər çalışır ki, onlardan da 3nəfəri elmlər doktoru (o cümlədən 2nəfəri professor), 15 nəfəri fəlsəfə doktoru, (o cümlədən 5nəfəri dosent), 14nəfər baş müəllim, 4nəfər magistr, 10nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Hazırda ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2016- 2017 cı t’dris ilində filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 1 dərslik, 1 proqram , 13 elmi və elmi metodiki məqalə, 7 konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda , müxtəlif layihələrdə müntəzəm iştirak edirlər

ADPU Quba filialını qurtaran gənc mütəxəssislərin xoş soraqları bugün müxtəlif məktəblərdən, maarif şöbələrindən, təhsil ocaqlarından gəlir. Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm Olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr, yarışlar keçirilir, müxtəlif kurslar təşkil olunur.Bu gün ADPU Quba filialı tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi inkişaf edir. ADPU-nun Quba filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa ,Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri də vardır. Filialda17 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.