ADPU Quba filialının İKT şöbəsi

10.08.2021
ADPU Quba filialının İKT şöbəsi
Bildiyiniz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialından reportajlarımız davam edir. Növbəti reportajımız filialın İnformasiya  və Komunikasiyaları Texnologiyası şöbəsi ilə olmuşdur.
Günümüzdə informasiya texnologiyaları bütün sahələrdə həlledici rol oynayır. Artıq hər bir sahədə idarəetmə, təhlil və xidmətlərin göstərilməsində İKT-nin tətbiqi ilə həm operativlik təmin edilir, həm də real vaxt rejimində iş icrası həyata keçirilir. Xüsusən qlobal pandemiya dövründə təhsildə fasiləsizliyin təmin edilməsində texnologiyaların inkarolunmaz dəstəyi və post-pandemiya dövründə də bu həllərin aktual qalacağı və daha da inkişaf edəcəyi faktı bu sahənin strateji öncüllüyünü göstərir.
Beləliklə, şöbə müdiri Yusif Abayevlə filialda İKT-nin tətbiqindən danışdıq. Yusif müəllim müsahibə zamanı filialda internet əlçatanlığını müasir dövrün tələblərinə cavab verdiyini və yüksək səviyyəli avadanlıqlardan istifadə olunduğunu qeyd elədi. İnternet xətlərinin yeni texnologiyalarla yeniləndiyini, həmçinin filialın bazasında olan kompüter avadanlıqlarının yüksək parametrlərlə sahib olduğunu qeyd elədi. Bundan əlav müsahibimiz pandemiya dövründə filialda dərslərin və əmək fəaliyyətinin yaxşılaşdırılması üçün texniki imkanların daha da təkmilləşdirildiyini bildirdi. Filial rəhbərliyinin tapşırıqlarını və ölkədə təhsil siyasətinin hədəflərini prioritet götürən şöbə daim yenilənməyə gedir.
Yusif müəllim müsahibə zamanı filial əməkdaşlarının İKT bacarıqlarının daha mükəmməlləşdirilməsi yolunda kurslar təşkil olunduğunu da qeyd elədi. Əlavə olaraq hazırda filialda yüksək texnologiyalarla təchiz olunmuş dərs otaqları və innovatib bölmələr vardır. Direktor dosent Yusif Alıyevin bu baxımdan bir sıra əməkdaşlıqlar barədə tapşırıqları vardır ki, bu da gələcəkdə belə dərs otaqlarının sayının arıtılmasına xidmət edir.
Filialın sosial media hesabları və əlçatan saytı da tələbə və müəllimlərə daha rahat tədris və iş şəraiti yaradır. Onlayn dərslərin qurulmasında da birbaşa iştirak edən şöbə filialın əsas sturuklarından biridir.
Sonda isə şöbənin əməkdaşları hər biri ilə tanışlıq və həmsöhbət zamanı onların işlərinə necə peşakar yanaşdığının şahidi olduq. Yüksək təcrübəyə malik və işini sevən əməkdaşların filialın gələcək fəaliyyətində də hər zaman nailiyyətlər əldə edəcəyinə əminik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?