16 aprel tarixində ADPU-nun Quba filialında “Menecerdən Kouça: Komanda Performansı, Komanda İdarəçiliyi və İstedadların İnkişafına Praktik Yanaşmalar” mövzusunda seminar keçirilmişdir.
Seminar çərçivəsində komanda idarəçiliyi, liderlik, performansın artırılması və istedadların inkişafına dair praktiki yanaşmalar iştirakçılara təqdim olunmuşdur.
Seminar biznesin inkişafı üzrə menecer və təlimçi Natavan Fırat tərəfindən aparılmışdır. O, liderlik, komanda idarəçiliyi və biznes strategiyası üzrə təcrübəli mütəxəssisdir.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və interaktiv müzakirələrlə yadda qalmışdır.







