ADPU Quba filialında “Sabah başlayaram” mövzusunda təlim keçirilib!

02.11.2026
ADPU Quba filialında “Sabah başlayaram” mövzusunda təlim keçirilib!

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının inklüziv otağında “SABAH BAŞLAYARAM – Təxirəsalmanın görünməyən psixologiyası” mövzusunda interaktiv təlim keçirilib.

Tələbə, məzunlarla iş və karyera şöbəsinin təşkilatçılığı ilə baş tutan təlimin təlimçisi filialın Xarici dil müəllimliyi ixtisasının IV kurs tələbəsi Quliyeva Yeganə olub. Təlimdə Psixologiya ixtisasının tələbələri və universitet əməkdaşları iştirak ediblər.

Təlim zamanı təxirəsalmanın psixoloji səbəbləri, qorxu, mükəmməlliyyətçilik, motivasiya və intizamın rolu, vaxtın səmərəli idarə olunması və kiçik addımlarla fəaliyyətə başlamağın əhəmiyyəti müzakirə edilib. İştirakçılar interaktiv tapşırıqlarda, qrup işlərində və fərdi fəaliyyət planının hazırlanmasında iştirak ediblər.

Təlimin əsas məqsədi iştirakçılara təxirəsalma vərdişlərini tanımaq, maneələri aşmaq və şəxsi hədəflərinə doğru ilk addımı atmaq üçün praktik bacarıqlar qazandırmaq olub.

Bəzən dəyişiklik üçün ən doğru vaxt sabah deyil, elə bu gündür!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?