ADPU-nun Quba və Cəlilabad filialları arasında “Aqronomluq” ixtisasının ilə bağlı onlayn görüş keçirilib.

10.09.2026
ADPU-nun Quba və Cəlilabad filialları arasında “Aqronomluq” ixtisasının ilə bağlı onlayn görüş keçirilib.

ADPU-nun Quba və Cəlilabad filialları arasında “Aqronomluq” ixtisasının inkişaf perspektivlərinə, tədris planlarının təkmilləşdirilməsinə, fənlərin məzmun uyğunluğuna və seçmə fənn bloklarının səmərəli qurulmasına həsr olunmuş işgüzar görüş keçirilib.

​Onlayn formatda baş tutan müzakirələrdə Quba filialının direktoru, professor Yusif Alıyev də qoşularaq tədbirə qatılıb və dəyərli təkliflərlə çıxış edib. Həmçinin hər iki ali təhsil müəssisəsinin direktor müavinləri, tədris şöbələrinin müdirləri, ixtisas komissiyalarının üzvləri və sahə üzrə tanınmış mütəxəssislər iştirak ediblər. Görüşün əsas məqsədi ölkəmizdə aqrar sahənin elmi əsaslarla inkişafı, regionların kadr potensialının gücləndirilməsi və müasir tələblərə cavab verən tədris planlarının formalaşdırılması olub.

​Müzakirələr zamanı “Aqronomluq” ixtisası üzrə tədris planlarının strukturunun optimallaşdırılması diqqət mərkəzində saxlanılıb. Xüsusilə tədrisin regionun xüsusiyyətlərinə uyğunlaşdırılması, fənlərarası əlaqələrin və məzmun müvafiqliyinin təmin edilməsi, həmçinin tələbələrin fərdi maraqlarına və əmək bazarının tələblərinə (rəqəmsal kənd təsərrüfatı, aqrobiznes, innovativ suvarma sistemləri, aqrokimya) cavab verən çevik seçmə fənn bloklarının tərtib olunması geniş müzakirə edilib.

​Görüşdə yeni açılan ixtisasın uğurlu fəaliyyəti üçün elm, təhsil və istehsalat vəhdətinin vacibliyi vurğulanıb, tələbələrin real təsərrüfatlarda praktik vərdişlərinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Sonda tədris planlarına dair təkliflərin ümumiləşdirilməsi və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?