ADPU-nun Quba Filialının tələbələri “18 oktyabr-Milli Müstəqillik Günü” və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş intellektual yarışda iştirak ediblər.

18.02.2019
ADPU-nun Quba Filialının tələbələri “18 oktyabr-Milli Müstəqillik Günü” və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş intellektual yarışda iştirak ediblər.

Oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü münasibətilə YAP Quba rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi olaraq gənclərin iştirakı ilə Müstəqillik kuboku adlı intellektual turnir keçir

Turnirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tələbələrindən ibarət komandalar iştirak edib. YAP Quba rayon təşkilatının inzibati binasında baş tutan yarışdan öncə çıxış edən partiya təşkilatının sədri Yusif Abidov Müstəqillik Günü münasibəti ilə gəncləri təbrık edib, cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlardan danışıb.
Yurd GİİD İB -nin sədri, ADPU Quba filialının  Pedaqoji və ictimai elmlər kafedrasının müəllimi Ramin Mahmudov yarışın təşkilində göstərdiyi köməyə  görə Yusif Abidova təşkəkkür edib, bu kimi əyləncəli yarışların gənclərin həm asudə vaxtının səmərəli təşkilində, həm yeni biliklər əldə etməsində və ən əsası da vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət daşıdığını bildirib.
Rəsmi hissədən sonra yarışa start verilib. Ümummilli liderin fəaliyyəti, cənab Prezident İlham Əliyevin ictimai siyasi fəaliyyəti, YAP-nın fəaliyyət istiqamətləri, eləcə də 650 illik yubileyi qeyd olunan Nəsimi haqqında sualların yekununda ilk 3 yeri tutan komandalara təşkilatçılar tərəfındən diplom, kubok, medallar təqdim olunub. 1-ci yerin sahibi ADPU QUBA-nın “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələrindən ibarət “Psixoterapevtlər” komandası olub.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Mətbuat xidməti
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?