ADPU-nun Quba filialının müəllim və tələbələri rayonda keçirilən nüfuzlu tədbirdə iştirak ediblər

12.10.2026
ADPU-nun Quba filialının müəllim və tələbələri rayonda keçirilən nüfuzlu tədbirdə iştirak ediblər

Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba rayon Heydər Əliyev Mərkəzi və Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Psixi sağlamlığın qorunması və psixoloji rifahın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayonun tanınmış psixoloqları, həkimləri, pedaqoqları, təhsil və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda psixi sağlamlığın qorunması, psixoloji rifahın gücləndirilməsi, cəmiyyətdə düzgün maarifləndirmənin aparılması, profilaktik tədbirlərin əhəmiyyəti və bu sahədə dövlət, təhsil, səhiyyə və özəl sektor arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nubar Bayramova, filialın müəllimi Fatiməxanım Qasımova, filialın müəllimi, klinik psixoloq Mənsur Xaspoladov və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III kurs tələbəsi Sabina Əliyeva peşəkar çıxış ediblər. Onlar psixi sağlamlığın qorunmasına elmi, pedaqoji və praktik yanaşmalar, psixoloji rifahın gücləndirilməsi, erkən profilaktika və maarifləndirmənin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirin sonunda iştirak edən bir qrup tələbəyə psixi sağlamlıq sahəsində maarifləndirici tədbirdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?