Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının məzunu haqqında Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC -da yayımlanmış yazıya görə agentliyin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, filialın 2024/2025-ci il Məktəbəqədər təhsil ixtisasının məzunu Əsmər Babayeva uğurlu nəticəsi ilə fərqlənib. O, İtaliyanın iki aparıcı ali məktəbinin – Bolonya Universitetinin və Pavia Universitetinin magistratura səviyyəsinə qəbul olub. Əsmər bu uğurunu həm uşaqlıq arzusunun, həm də sistemli təhsilinin nəticəsi kimi qiymətləndirir.
Müsahibənin mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz!