ADPU-nun Quba filialının fəal tələbələri Yay Festdə təmsil olunub

08.08.2025
ADPU-nun Quba filialının fəal tələbələri Yay Festdə təmsil olunub

Yay Fest hər il gənclər arasında şəbəkələşmənin gücləndirilməsi, yeni dostluqların qazanılması və vətəndaş cəmiyyətinə töhfə verəcək təşəbbüslərin formalaşması baxımından unikal imkanlar yaradır. Bu il “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda təşkil olunub

Ənənə halını alan və 5-ci dəfədir ki, keçirilən Festivalın məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində genişmiqyaslı və sistemli maarifləndirmə işinin aparılması, Qarabağ zəfərinin 5 illiyinin qeyd edilməsi, gənclərin milli ruhunun artırılması, milli ideoloji hazırlığının gücləndirilməsi və hüquqi biliklərinin artırılmasıdır.

Qeyd edək ki, 7 iyul – 29 avqust tarixlərini əhatə edən Festival müddətində Milli mənəvi dəyərlər (Milli kimlik), Həmrəylik, Humanizm, Ədalət və qanun, İnkişaf, Vətənpərvərlik, Müstəqillik tarixi, Qalib diplomatiya adlı 8 ardıcıl düşərgə həyata keçiriləcək. Festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən təmin edilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?