Geridə qalan bu möhtəşəm 7 il filialımızın tarixində əsaslı islahatlar, sistemli yeniliklər, intellektual yüksəliş və böyük uğurlar mərhələsi kimi qızıl hərflərlə yazılmışdır. Hörmətli professor Yusif Alıyevin yüksək idarəçilik bacarığı, uzaqgörən və yenilikçi strateji baxışı, həmçinin elmə və təhsilə olan fədakar bağlılığı sayəsində filialımız bu gün ölkənin ən nüfuzlu, aparıcı və dinamik inkişaf edən ali təhsil ocaqlarından birinə çevrilmişdir.
29 avqust 2019-cu ildən bu günə qədər qət edilən bu şərəfli yolda “Təhsildə dəyər, idarəetmədə məsuliyyət, gələcəyə inam” devizi fəaliyyətimizin hər anına işıq saçmış, hədəflərimizin əsas xəttini təşkil etmişdir. Bu illər ərzində filialımızda təhsilin keyfiyyətinin artırılması istiqamətində müasir idarəetmə mexanizmləri uğurla qurulmuş, əmək bazarının tələblərinə və müasir dövrün çağırışlarına cavab verən yeni ixtisaslar açılmış, tələbələrimiz üçün genişləndirilən hərtərəfli təhsil imkanları yaradılmışdır. Bununla yanaşı, nüfuzlu beynəlxalq əməkdaşlıqlar və akademik tərəfdaşlıqlar təsis edilmiş, yeni ixtisaslar açılmış, beynəlxalq əməkdaşlıqlar gücləndirilmiş, beynəlxalq səviyyəli elmi konfranslar, simpoziumlar vasitəsilə zəngin və yaradıcı tədqiqat mühiti formalaşdırılmışdır. Rəqəmsal transformasiya prosesləri sürətləndirilmiş, maddi-texniki baza gücləndirilərək yenilənən infrastruktur tamamilə müasir standartların tələblərinə uyğunlaşdırılmışdır. Bütün bu dövr ərzində əldə olunan saysız-hesabsız tələbə, məzun və müəllim uğurları, həmçinin bölgənin sosial-mədəni həyatına töhfə verən regional inkişaf, sosial məsuliyyət və təhsil-biznes əməkdaşlığı istiqamətində həyata keçirilən irimiqyaslı layihələr məhz bu uğurlu inkişaf strategiyasının əyani nəticəsidir.
Professor Yusif Alıyevin ADPU-nun Quba filialına direktor təyin olunduğu ötən 7 il ərzində həyata keçirdiyi səmərəli fəaliyyət, idarəetmədə peşəkarlıq və novatorluq prinsipləri bütün professor-müəllim heyətinin dərin rəğbət və etimadını qazanmışdır. Bu dövr ərzində görülən əməli işlər, əldə olunan nailiyyətlər filialın hər bir əməkdaşı tərəfindən böyük qürurla qeyd olunur. Filialda mövcud situasiyanın düzgün qiymətləndirilərək sağlam əməkdaşlıq mühitinin və nizam-intizamın gücləndirilməsi, bütün müəllim və əməkdaşlara qarşı diqqət və qayğının sərgilənməsi, eləcə də iş bölgüsündə fərdi bacarıqların və peşəkar səriştəliliyin əsas götürülməsi rəhbərliyin əsas uğurlarındandır. Filialda yeni idarəetmə şuralarının yaradılması, kollektivdə sağlam komanda ruhunun və işçi məsuliyyətinin artırılması, doktorant və dissertantların elmi fəaliyyətini izləmək və mərkəzləşdirilmiş şəkildə idarə etmək və “Tədqiqat universiteti” statusuna hədəflənmiş elmi-tədqiqat fəaliyyətinin sistemləşdirilməsi, nüfuzlu elmi jurnallarda məqalə dərc etdirmək, analitik təhlil və sintez bacarıqlarının inkişaf etdirilməsi təmin edilmişdir. Eyni zamanda, müxtəlif kütləvi informasiya vasitələri və media rəhbərləri ilə səmərəli əməkdaşlığın qurulması, filialda beynəlxalq səviyyəli konfrans və seminarların təşkil edilməsi, filialın beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımların atılması, gənc kadrların öz potensiallarını və bacarıqlarını geniş şəkildə nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində olmuşdur. Yeni fiberoptik internet şəbəkəsinin çəkilməsi və sürətin artırılması, müasir nəsil kompüterlərlə təchiz edilmiş İKT otağının və kitabxana-oxu zalının genişzolaqlı fiberoptik internet şəbəkəsinə qoşulması təmin edilmiş, əməkdaşların sosial rifahının yaxşılaşdırılması və əməkhaqlarının artırılması istiqamətində addımlar atılmışdır. Quba rayonu üzrə müxtəlif sosialyönümlü xeyriyyə tədbirlərinin həyata keçirilməsi, millət vəkilləri, tanınmış siyasət xadimləri və dövlət məmurlarının iştirakı ilə onlayn görüşlərin təşkili, müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə ödənişsiz kursların təşkili, gənc tədqiqatçıların və magistrantların təcrübəli alimlərlə sıx əməkdaşlıq şəraitində çalışması üçün şəraitin yaradılması təmin olunmuşdur. Filialın təqdimat çarxlarının hazırlanması, əməkdaşların müxtəlif televiziya proqramlarında və mediada təmsil olunmasına dəstək göstərilməsi, 200 yerlik yeni və müasir akt zalının, yeni auditoriya və tədris kabinetlərinin yaradılması, keçirilən tədbirlərin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılması, zəruri avadanlıqlarla təchiz olunmuş modern yeməkxananın istifadəyə verilməsi həyata keçirilmişdir. İnovativ düşüncəli gənc və ixtisaslı kadrların filialda işə cəlb edilməsi, filialın yenilənmiş internet saytının istifadəyə verilməsi, əməkdaşların peşəkarlığının artırılması məqsədilə ADPU-nun mərkəzi strukturuna ezam olunması, filialın və Qubada ali təhsilin tarixinin öyrənilməsi məqsədilə xüsusi işçi qrupunun yaradılması professor-müəllim heyətinin dərin rəğbətinin qazanılması, idarəetmədə liderlik, novatorluq və məsuliyyət nümunəsinin ortaya qoyulması ilə nəticələnmişdir.
Yusif Alıyev filiala rəhbərlik etdiyi ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil siyasətinə, dövlət təhsil qanunvericiliyinə sadiq qalaraq irəli sürdüyü ideya və təşəbbüslərlə, həyata keçirdiyi innovativ layihələrlə əməkdaşların, rayon ictimaiyyətinin və bütövlükdə təhsil cəmiyyətinin dərin hörmətini qazanmışdır. Onun dərin tədqiqatçılıq qabiliyyəti, mükəmməl elmi fəaliyyəti hər kəsə stimul verir, elmə və tədqiqata marağı artırır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını öz doğma ocağı bilən Yusif Alıyev bu elm məbədinin keçmişini yaşatmaqla yanaşı, parlaq gələcəyi üçün sarsılmaz bir əzmlə çalışır. Onu ictimaiyyətə tanıdan və sevdirən həm də Qubanın tarixinə, mədəniyyətinə və insanlarına olan səmimi sevgisi və dəyəridir.
Uğurların və fəaliyyətlərin sadəcə adını qeyd etdiyimiz məlumat kitabında bu gün 500-dən yuxarı sıra var. Bu isə yalnız bir məqamı bizə bildirir: Professor Yusif Alıyevin missiyası iş, iş, iş, mükəmməl idarəetmə və hər sahədə əldə edilən, qorunan peşəkar gücdür.
Bütün bu misilsiz nailiyyətlərin arxasında dayanan, hər bir uğurumuza ilham verən rəhbərimizə böyük ehtiramımızı bildiririk. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının professor-müəllim heyəti, tələbələr və bütün kollektivimiz adından hörmətli direktorumuzu bu əlamətdar 7 illik ildönümü münasibətilə səmimiqəlbdən təbrik edirik.
Hörmətli professor Yusif Alıyev Azərbaycan təhsilinin inkişafı, elmimizin ucalığı və gələcəyin savadlı, Vətənə, dövlətə layiq milli kadrlarının yetişdirilməsi yolundakı ali missiyasında möhkəm cansağlığı, tükənməz enerji, polad iradə və yeni-yeni elmi-inzibati zirvələr arzulayırıq!
Biz – kollektivin bütün əməkdaşları hörmətli direktorumuza yorulmaz fəaliyyətində və elmi-təşkilati işlərində yeni-yeni nailiyyətlər arzulayırıq. Azərbaycan təhsilinin inkişafı naminə yorulmaz səylərinizdə Sizə uğurlar diləyirik!
Yeddi illik zəngin və uğurlu fəaliyyətiniz, quruculuq missiyanız mübarək olsun, hörmətli və unudulmaz Yusif müəllim! Sizinlə birgə addımlamaq və bu böyük komandanın bir parçası olmaq bizim üçün hər zaman qürur mənbəyidir!
