ADPU-nun Quba Filialının əməkdaşları “Sözləri ecazdı Qusarçaylının” adlı kitab təqdimatında iştirak ediblər.

11.02.2020
ADPU-nun Quba Filialının əməkdaşları “Sözləri ecazdı Qusarçaylının” adlı kitab təqdimatında iştirak ediblər.

Oktyabrın 26-da Quba Rayonu Mərkəzi Kitabxanasında Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun professoru, tarix elmləri doktoru, “Məcməüş-şüara” ədəbi məclisinin sədri, “Divanlar Xəmsə”sinin müəllifi, görkəmli şair Şahin Fazilin Qubalı şair Ramiz Qusarçaylının yaradıcılığına həsr etdiyi “Sözləri ecazdı Qusarçaylının” adlı kitabı işıq üzü görüb. Tədbirdə görkəmli alim, Azərbaycan AMEA-nın həqiqi üzvü, Azərbaycan Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərov, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, ”Elm və təhsil” nəşriyyatının direktoru Nadir Məmmədli, Azərbaycan AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədədli, şair və yazıçılardan Zakir Məmməd, Cəlaləddin Budadoğlu, Əli Ələmi, Hacı Rafiq, Yasin Xəlil, Necməddin Mürvətov, Aybəniz Əliyar, Mürfəttar, Tahir Saleh, Sevinc Məmmədova, eləcə də Bakıdakı “Məcməüş-şüara” və “Vahid”, Qubadakı “Ay işığı” və “Gülüstan”, Xaçmazdakı “Ulduzlar” ədəbi məclislərini təmsil edən şair və yazarlar, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Ədəbiyyat və dillər kafedrasının müəllimləri Kəmalə Bayramova, Nuranə Allahverdiyeva, Rahib Alpanlı və digərləri iştirak ediblər.

  • Mənbə: ADPU Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?