ADPU-nun Quba filialının Filologiya kafedrasının dosenti Gülşən Ağabəy, baş müəllim Elza Babayeva, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, doktorant Elnurə Şirinova Xankəndidə təşkil olunan konfransda iştirak ediblər.
Odlar Yurdu Universiteti və İKSAD Azərbaycanın birgə təşkilatçılığı ilə 23–25 iyul 2025-ci il tarixlərində keçirilmiş “Qarabağ IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” nda dos. G.Ağabəy “Zərif Ruh, Güclü Qələm; Xan Qızı Natəvanın Qadınlıq Missiyası”, E. Babayeva “Qarabağ Azərbaycandır: Tarixin, Qanın, Qürürun səsi”, E.Şirinova “Azərbaycan və Türk Nağıllarında Sayın Semantik Strukturunda Sakral Mənanın Yeri” adlı mövzularla çıxış etmişdir. Qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gəlmiş alim və ziyalıların iştirak etdiyi konfransın moderatoru f.f.d Aytən Qurbanova olmuşdur.



