ADPU-nun Quba filialının əməkdaşı təlimdə iştirak edib.

27.02.2026
ADPU-nun Quba filialının əməkdaşı təlimdə iştirak edib.

Azərbaycan Dövlət Pedqoji Universitetinin Quba fililının əməkdaşları Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba şəhər Heydər Əliyev Mərkəzində işəgötürülənlər üçün təşkil etdiyi i maarifləndirmə təlimində iştirak etmişlər.

Azərbaycan Dövlət Pedqoji Universitetinin Quba fililının İnsan resursları və kargüzarlıq şöbəsinin və filialın Maliyə şöbəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında keçirdiyi maarifləndirmə tədbirlərində iştirak etmişlər.

Maarifləndirmə tədbirində müxtəlif dövlət qurumlarının Quba rayon təşkilatlarının nümayəndələri, həmçinin şimal bölgəsinin dövlət və özəl sektorunu təmsil edən müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, tədbirdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. İşçi hüquqlarının qorunması, qadınların əmək hüquqları, analığın mühafizəsi və gender bərabərliyinin təmin edilməsi məsələlərələri ətrafında müzakirələr aparılmışıdr.

O cümlədən Azərbaycan Respubilikasının Əmək Məcəlləsinin yeni dəyişiklərindən yaranan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda işətürənlərlə aparılan sual-cavab mərhələsində fililın əməkdaşları aktiv iştirak etmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?