ADPU-nun Quba filialında yüksək nəticələrlə qəbul olunan tələbələrlə görüş keçirilib.

16.09.2025
ADPU-nun Quba filialında yüksək nəticələrlə qəbul olunan tələbələrlə görüş keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında ənənə halını alan tələbələrlə motivasiya xarakterli görüşlərin növbətisi təşkil olunub. Tədbir Azərbaycan–Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində baş tutub. Görüşdə filialın direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev, filialın struktur rəhbərləri və yüksək balla tələbə adını qazanmış gənclər iştirak ediblər.

Professor Yusif Alıyev çıxışında tələbə adını qazanmağın məsuliyyət və şərəf olduğunu vurğulayıb, yüksək bal toplamış tələbələri xüsusilə təbrik edərək, onların gələcək fəaliyyətlərinə inam ifadə edib. O, yeni nəsil gənclərin təhsil sisteminə qazandırdığı dinamikanın və müasir biliklərə açıq olma meyillərinin ölkənin intellektual potensialını möhkəmləndirdiyini qeyd edib.

Direktor tələbələrlə motivasiya xarakterli söhbət apararaq, ali təhsilin yalnız bilik əldə etməklə məhdudlaşmadığını, eyni zamanda şəxsiyyət formalaşdıran mühüm proses olduğunu bildirib. Bu kontekstdə ADPU-nun Quba filialının sosial media fəaliyyətinin, gənclərin ilham mənbəyi olan media resursları və kommunikasiya platformalarının düzgün istifadəsinin önəmi vurğulanıb.

Tədbirdə həmçinin filialın struktur rəhbərlərindən çıxış edərək yeni tələbələri təbrik edib, onları uğurlu təhsil yolu və gələcək peşəkar fəaliyyətlərində fədakarlığa səsləyiblər. 500 və daha yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərlə tanışlıq mərasimi isə görüşün mühüm məqamlarından biri olub.

Bu cür tədbirlər gənclərin təhsil motivasiyasının yüksəldilməsi, pedaqoji mühitə uyğunlaşması və universitet həyatına daha sürətli inteqrasiyası baxımından əhəmiyyətli hesab edilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?