ADPU-nun Quba filialında təlim keçirilib.

17.04.2025
ADPU-nun Quba filialında təlim keçirilib.

ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin
“ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda həyata keçirdiyi layihə çərçvəsində Quba filialında professor-müəllim heyəti üçün təlim təşkil olunub. “Təfəkkürə əsaslanan dərsin təşkili” adlanan təlim mərkəzin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dos. Gülşən Novruzovanın mentorluğu ilə keçirilib. Təlim
aşağıdakı mövzuları əhatə edib:
✓ Mentorluq dəstəyinin metodologiyası
✓ Taksonomiya
✓ Təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu
✓ Dərsin planlaşdırılması və tərtibi
✓ Formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, üsul və vasitələri və tətbiqi qaydaları.
✓ Təqdimatların aparılması
✓ Dərsin müzakirəsi və qiymətləndirilməsi.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?