Azərbaycan Dövlət Pdaqoji Universitetinin Quba ödənişli təhsil alan tələbələr üçün Təhsil Tələbə Kredit Fondu tərəfindən tələbə kreditinə müraciət etmək imkanları haqqında maarıfləndirici seminar təşkil olunub.
Seminarda Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nubar Bayramova, İKT şöbəsinin müdiri Yusif Abayev, filialın müəllim və tələbələri iştirak edib.
Seminarda fondun baş mütəxəssisi Günay Xəlilova əməkdaşı təhsil tələbə kreditinin təyinatı, bu imkandan yararlanmaq qaydaları haqqında ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, təhsil tələbə krediti təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək məqsədi ilə dövlət tərəfindən təqdim olunan unikal sosial dəstək mexanizmidir. Bu kredit aşağı faiz dərəcəsinə malik olmaqla, tələbələrə təhsilini bitirib özləriə karyera qurduqdan sonra ödəniş etmək imkanı yaradır.