ADPU-nun Quba filialında Tələbə Təhsil Krediti ilə bağlı infosessiya keçirilib

02.11.2026
ADPU-nun Quba filialında Tələbə Təhsil Krediti ilə bağlı infosessiya keçirilib

23 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında I kurs tələbələri üçün Tələbə Təhsil Krediti Fondunun fəaliyyəti və təhsil kreditlərindən istifadə imkanlarına həsr olunmuş infosessiya keçirilib.

İnfosessiyada Tələbə Təhsil Krediti Fondunun əməkdaşı İlkanə Həmidli və ADPU-nun Quba filialının şöbə müdiri Yusif Abayev iştirak ediblər.

Tədbir çərçivəsində tələbələrə tələbə təhsil kreditlərinin növləri, müraciət prosedurları, kreditlərin verilməsi şərtləri və tətbiq olunan güzəştlər barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, təhsil kreditlərinin üstünlükləri, ali təhsilin əlçatanlığının artırılmasında rolu və təhsilalanlar üçün yaratdığı iqtisadi imkanlar müzakirə edilib.

İnfosessiyanın əsas məqsədi tələbələrin tələbə təhsil krediti mexanizmi barədə məlumatlılığını artırmaq, onların maliyyə dəstəyi imkanlarından düzgün və səmərəli istifadə etmələrinə şərait yaratmaq olub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

ADPU-nun Quba filialında bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər tələbələrin sosial və iqtisadi dəstəklə bağlı imkanlar haqqında məlumatlandırılmasına, eləcə də ali təhsilin davamlılığının təşviqinə xidmət edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?