17 mart 2026-cı il tarixində ADPU-nun Quba filialında təhsil alan tələbə qızlar üçün layihə barədə məlumatlandırma görüşü keçirilibdir.
Görüşdə Azercell-in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən “İnnovativ İnkişafa Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “StartHer Quba – Startuplarda qadınların rolu” layihəsi haqqında təqdimat olmuşdur.
Məlumatlandırma görüşündə təşkilatın sədri və layihə rəhbəri Hümmət Əliyev, layihə üzrə təlimçi və koodinator Rafət Şiraliyev, ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, Karyera və Məzunlarla iş şöbəsinin mütəxəssisi Səadət Mirzəyeva, tələbələr iştirak etmişdir .
Layihənin donoru, məqsəd və icra prosesi haqqında məlumat vermiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd üçün bildirək ki, layihə üzrə təlimlər aprel ayında, yekun tədbir may ayında keçiriləcəkdir.



