ADPU-nun Quba filialında Şahdağ Milli Parkının əməkdaşları ilə görüş keçirilmişdir

22.02.2023
ADPU-nun Quba filialında Şahdağ Milli Parkının əməkdaşları ilə görüş keçirilmişdir

Tədbirdə filialın direktoru f.e.d Yusif Alıyev,Milli Parkın müdir müavini Rəvayət Nəzərov, Elmi işçi Şahbala Salmanov filial əməkdaşları, iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan Təbiət elmləri kafedrasının müdiri v.m.i.e dosent Güləddin Həmzəyev Yer kürəsinin və dünyada canlı aləmin yaranmasında suyun əvəzsiz rolunu geniş şəkildə izah etdi. Daha sonra çıxış edən Şahbala Salmanov Böyük Qafqazın şimal-şərq yamacının coğrafi quruluşu və burada yerləşən göllər haqqında məlumat verdi. Çıxış edən Elmi işçisi Şahbala Salmanov Şahdağ Milli parkının yaranması, fəaliyyət sahələri və ekoloji durum haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Tədbirin sonunda çıxış edən direktor f.e.d. Yusif Alıyev tədbir iştirakçılarını su çərşənbəsi münasibəti ilə təbrik edərək, bu günkü görüşün əhəmiyyətindən danışdı. Yusif Alıyev bildirdi ki, Şahdağ Milli Parkı və filial arasındakı əməkdaşlığın təməllərinin atıldığı bu görüşün gələcəkdə daha da genişləndirilməsi üçün səylərimizi daha da artırmalıyıq. Direktor bildirdi ki, ekoloji təmizliyin qorunmasında, bioloji müxtəlifliyin mühafizə edilməsində Milli Parkın fəaliyyəti əvəzolunmazdır. Bioloji müxtəlifliyin qorunmasına nəzarət və nəsli kəsilməkdə olan canlıların qeydiyyata alındığı Qırmızı Kitabın zamanla səhifələrinin daha da azalmasını arzu etdi. Bu işdə qonaqlarımızın da əməyinin danılmaz olduğu xüsusi vurğulandı. Sonda Milli Parkın müdir müavini Rəvayət Nəzərov tərəfindən filiala Qırmızı kitab hədiyyə edildi. Tədbir xatirə şəklinin çəkilməsi ilə sona çatdı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?