ADPU-nun Quba filialında “REGİONLARDA ALİ TƏHSİL : REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı V Beynəlxalq Elmi konfrans keçiriləcək

12.09.2025
ADPU-nun Quba filialında “REGİONLARDA ALİ TƏHSİL : REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı V Beynəlxalq Elmi konfrans keçiriləcək

31 oktyabr- 1 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı V beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın keçirilməsində əsas məqsəd region ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.

İki gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, eləcə də region ali məkrəblərinin gələcəyinə töhfə vermək istiqamətində də geniş müzakirələr aparılacaq.

Konfrans haqqında ətraflı məlumatı və məqalə nümunəsini sizlərlə bölüşürük.https://form.jotform.com/252514093325048

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?