ADPU-nun Quba filialında Psixologiyanın inkişafı məqsədilə filialda “Hislərin insan həyatında rolu” adlı elmi seminar təşkil edilib

25.11.2022
ADPU-nun Quba filialında Psixologiyanın inkişafı məqsədilə filialda “Hislərin insan həyatında rolu” adlı elmi seminar təşkil edilib
Elmi seminar filialın Humanitar və sosial elmlər fakültəsinin Tarix pedaqogika və sosial elmlər kafedrasının müəllimi dosent Əzizov Qulam Qəribəli oğlunun təşkilatçılığı ilə 25 noyabr 2022-ci il tarixində, saat 13:00-da ADPU-nun Quba filialının Böyük Akt zalında təşkil edilib, seminarda filialın tələbə və müəllim kollektivi iştirak edib.
Seminarda qeyd olunub ki, hisslər insanın dərk etdiyi cisim və hadisələrə digər insanlara, eyni zamanda özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. İnsanın hissləri obyektə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, insanın bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa insanlar, onun subyekti isə insanın özüdür. “Hiss” termini ilə “emosiya” termini arasında oxşar və fərqli cəhətlər var. Seminar ərzində müxtəlif təcrübi çalışmalar da həyata keçirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?