ADPU-nun Quba Filialında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təlim keçirilib

14.04.2023
ADPU-nun Quba Filialında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təlim keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə təlim keçirilmişdir.

Təlim zamanı Filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri

Raqif Allahverdiyev və Sumqayıt şəhər Narkoloji dispanserin Həkim-narkoloqu Vüsal Cabbarov filialın müəllim və tələbə kollektivi iştirak edib.

Təlim çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri

Raqif Allahverdiyev və Sumqayıt şəhər Narkoloji dispanserin həkim narkologu Vüsal Cabbarov xüsusi təqdimatları ilə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumatlar verilmişdir.

Təlim zamanı narkotik vasitələrin zərərli təsirləri və yaratdığı asılılıq mövzusunda

məlumatlandırma işi aparmağın əhəmiyyəti diqqətə çatdırılmış, slaydlar əsasında tələbələrə zəruri təbliğat materialları təqdim edilmişdir.

Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?