0 iyul 2026-cı il tarixində “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Cəmiyyətdə milli şüur probleminin təhlili” mövzusunda maarifləndirmə tədbiri baş tutub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nubar Bayramova mövzunun gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, milli şüurun formalaşması və inkişafı hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir. Xüsusilə bir çox məsələlərin düzgün, dolğun və sistemli şəkildə çatdırılmasında gənclərin və ziyalıların üzərinə çox böyük məsuliyyət düşür. Biz həm tarixi həqiqətlərimizi qorumalı, həm də beynəlxalq platformalarda milli maraqlarımızı layiqincə müdafiə etməliyik.”
Daha sonra çıxış edən “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev icra olunan layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib:
”Bu layihənin əsas qayəsi cəmiyyətdə, xüsusən də gənc nəsil arasında milli şüuru, vətənpərvərlik hisslərini gücləndirmək və onları ictimai proseslərdə daha aktiv görməkdir. Milli dəyərlərimizin təbliği və tarixi faktların dərindən öyrənilməsi hər bir gəncin vətəndaşlıq borcudur. Biz bu istiqamətdə maarifləndirmə işlərini davam etdirməkdə qərarlıyıq.”
Tədbir iştirakçıların böyük marağına səbəb olub. Çıxışlardan sonra mövzu ətrafında geniş və interaktiv müzakirələr aparılıb, tələbələri və gəncləri maraqlandıran suallar natiqlər tərəfindən ətraflı şəkildə cavablandırılıb.



