ADPU-nun Quba filialında korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

15.07.2024
ADPU-nun Quba filialında korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildi.

ADPU-nun Quba filialının direktoru dos.Yusif Alıyev və “İnkişaf və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs etdilər.

Azərbaycanda cəmiyyətin inkişafı və saflaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların xalqımız və dünya birliyi tərəfindən yüksək dəyərləndiyini diqqətə çatdıran direktoru dos.Yusif Alıyev bildirib ki, neqativ halların və nöqsanların təmizlənməsi zamanın və xalqın mənəvi sifarişidir.

İctimai Birliyin sədri Ramil Əliyev çıxışında diqqətə çatdırıb ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır.

Əməkdar mədəniyyət işçisi Elza Orucova, “Xüsusi təyinatlılar və qazilər” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, baş redaktorlar Nahid Canbaxışlı, Vasif Həsənli və Əli Vəliyev, araşdırmaçı-jurnalist Əli İbrahimov çıxışlarında layihənin məqsəd və hədəflərindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının milli sərvətidir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizi və xalqımız qarşısında əsalı vəzifələr müəyyən edib. Korrupsiya və rüşvətxorluğa qarşı ictimai birlik şəkilində mübarizə aparmaq ümumilikdə cəmiyyətimizin saflaşması strategiyasıdır. Bu baxımdan təqdim olunan layihə təqdirəlayiq qiymətləndirilib.

Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən himayə edilir. Layihə çərçivəsində mövzu ətrafında Bakı, Sumqayıt, Quba və Xaçmaz rayonlarında tədbirlər keçirilməsi nəzərdə tutulub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?