ADPU-nun Quba Filialında İmtahan sessiyası başladı

03.06.2026
ADPU-nun Quba Filialında İmtahan sessiyası başladı

1 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilmiş və imtahan prosesinin 30.06.2026-cı il tarixinədək davam etməsi nəzərdə tutulmuşdur. İmtahanların ilk günündən etibarən prosesi şəxsi nəzarətində saxlayan filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev imtahanların gedişi ilə yaxından tanış olaraq İmtahan Qərargahının üzvlərinə və nəzarətçi heyətə öz mühüm tapşırıq və tövsiyələrini vermişdir.

​Direktorun xüsusi tövsiyə və göstərişlərinə əsasən, sessiyanın tam mütəşəkkil, mövcud tələblərə uyğun, şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri hazırlıq işləri ən yüksək səviyyədə təmin edilmişdir. Professor Yusif Alıyevin rəhbərliyi ilə yaradılan operativ İmtahan Qərargahı sessiya müddətində yarana biləcək hər bir çatışmazlığı dərhal aradan qaldırmaq funksiyasını daşıyır. Bununla yanaşı, tələbələrin qiymətləndirmə ilə bağlı yarana biləcək hər bir şikayətini ədalətli şəkildə araşdırmaq və şəffaflığı qorumaq məqsədilə Apellyasiya Komissiyası fəaliyyətə başlamış, prosesə xüsusi nəzarətçi heyət cəlb edilmişdir.

​Direktorun tapşırığına uyğun olaraq, yazılı və qismən şifahi formada keçirilən imtahanlarda cavabların yoxlanılması çarpaz üsulla təşkil edilmişdir. Ümumilikdə 10 ixtisası əhatə edən 32 qrupda, 168 fənn üzrə 186 imtahanın növbəli şəkildə keçirilməsi planlaşdırılır ki, bu prosesdə də filial üzrə mövcud olan 1000 tələbədən 976 nəfəri aktiv şəkildə iştirak edir. Universitet rəhbərliyi adından imtahanlarda iştirak edən bütün tələbələrimizə yüksək nailiyyətlər və uğurlar arzulayırıq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?