Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Elmi-tədqiqat strategiyasının 2026–cı il üzrə fəaliyyət planına uyğun olaraq kafedralar və aidiyyəti struktur bölmələr arasında elmi fəaliyyətin əlaqələndirilməsi məqsədilə işgüzar görüş keçirilmişdir.
Görüşdə filialın direktoru, professor Yusif Alıyev, direktor müavinləri, kafedra müdirləri, elmi katib və digər məsul şəxslər iştirak etmişdir.
Tədbir çərçivəsində elmi-tədqiqat fəaliyyətinin planlaşdırılması, prioritet istiqamətlər üzrə işlərin təşkili, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Eyni zamanda, kafedralar arasında elmi fəaliyyətin daha səmərəli təşkili, mütəmadi seminar və müzakirələrin keçirilməsi, elmi nəticələrin tətbiqi və monitorinq mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sonda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmiş və bu istiqamətdə mütəmadi görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.




