25 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Elmi-Metodiki Şuranın növbəti iclası təşkil olunmuşdur.
İclasda tədris prosesinin keyfiyyətinin artırılması, metodik təminatın təkmilləşdirilməsi və tələbələrin akademik nailiyyətlərinin yüksəldilməsi istiqamətində mühüm məsələlər müzakirə edilmişdir.
İclasın gündəliyinə uyğun olaraq aşağıdakı məsələlərə baxılmışdır:
– Pedaqoji təcrübə rəhbəri Şəhla Mədətova tərəfindən hazırlanmış “Tədris və istehsalat təcrübə rəhbərləri üçün metodik tövsiyələr” adlı metodik vəsait elmi-metodiki baxımdan yenidən müzakirə olunmuş, təklif və tövsiyələr irəli sürülmüşdür.
– Keyfiyyət komissiyasının Monitorinq və təhlil qrupu tərəfindən aparılmış araşdırmalar Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi Emin Yarəmmədov tərəfindən təqdim olunmuşdur.
Təqdimat çərçivəsində:
– tələbələrin cari qiymətləndirmə nəticələri ilə imtahan nəticələrinin müqayisəli təhlili aparılmış,
– sərbəst işlərin təşkili və məsləhət saatlarının keçirilməsi vəziyyəti qiymətləndirilmiş,
– bu fəaliyyətlərin tələbələrin akademik göstəricilərinə təsiri geniş şəkildə müzakirə olunmuşdur.
– Cari məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İclas zamanı səsləndirilən təklif və müzakirələr tədris prosesinin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilmişdir.










