ADPU-nun Quba filialında Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) illik hesabat konfransı keçirilib.

30 Noyabr 2020 -ci il tarixində ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının(DGTŞ) üzvlərinin illik hesabatı “ZOOM” platforması üzərindən onlayn formada keçirildi.

Konfransda filialın direktoru dosent Yusif Alıyev,  AAK şöbə müdiri Sakin Cabbarov, filialın DGTŞ -nin üzvləri  iştirak etdi.Hesabat konfransını giriş sözü ilə açıq elan edən DGTŞ-nın sədri Elbrus Əhmədov filialın direktoru dosent Yusif Aliyevi və konfrans iştirakçılarını salamlayıb,  çıxış üçün sözü direktor Yusif Aliyevə verdi.

Dosent Yusif Alıyev ADPU-nun Quba filialında DGTŞ-nin 16 oktyabr 2019-cu il tarixində  yaradıldığını və  17 doktorant və dissertant üzvü olduğunu,  həmçinin ötən tədris ilində bu şuranın yaradılması təşəbbüsünü irəli sürərkən filialda və regionda elmi işçilərə, yerli kadrlara olan tələbatın aradan qaldlrılması məqsədi daşıdığını bir daha vurğulayıb, bildirib ki, hazırda doktorant və dissertantların müdafiə edərək fəlsəfə doktoru adına yiyələnmələri üçün filial rəhbəri olaraq əlindən gələni etməyə hazırdır.Çünki filial inkişaf etdikcə savadlı və ixtisaslı kadrlara ehtiyac  yaranacaq, bu həm də filial rəhbəri olaraq mənim üçün ən önəmli məqsədlərdən biridir.Daha sonra direktor filialda elmə, təhsilə verilən yüksək qiymətdən, filialın elmi potensialından və gələcək elmi prespektivlərdən danışıb, DGTŞ-nın filialın elmi nailiyyətlərində çox böyük rola malik olduğunu vurğulayıb, yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb. Doktorant və dissertantların müdafiə ərəfəsində problemlərlə üzləşməmələri üçün indidən elmi işin, məqalələrin yazılması və çap edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Daha sonra isə DGTŞ-nın üzvləri olan doktorant və dissertantlar öz hesabatları ilə çıxış etdilər. DGTŞ-nın üzvləri olan Təbiət fənləri və onun tədrisi metodikası kafedrasından Əhmədov Elbrus, Axundova Elnarə, Abayev Yusif, Həmzəyeva Günel, Ramazanova Günay, Pedaqoji və ictimai fənlər kafedrasından Bayramova Nübar, Adıgözəlov Kamil, Rzayeva Pərvanə, Əliyev Mürvət,  Kərimov Novruz,  Ədəbiyyat və dillər kafedrasından Şeydayeva Aysel, Əhmədova Elnurə, Xudayarova Günəş, Cəfərov Sərxan öz hesabatları ilə çıxış etdilər. Doktorant və disertantların illik hesabatları diqqətlə dinlənilərək onların dissertasiya işlərinin və ümumi tədqiqatlarının vəziyyəti qiymətləndirildi. Mövcud pandemiya şəraiti ilə əlaqədar tədqiqat işlərində yaranan məsələlər müzakirə olundu.

Sonda Yusif Alıyevin təşəbbüsü ilə hesabat konfransında çıxış edən Ali Attestasiya Komissiyasının şöbə müdiri f.ü.f.d. Sakin Cabbarov gənc alimlərin suallarını cavablandırıb. Hesabat görüşündə həmçinin müəyyən qərarlar qəbul edildi. Belə ki, doktorant və dissertantlara dissertasiya işi ilə yanaşı plan, proqram və dərsliklər üzərində işləmək də tövsiyyə olundu, DGTŞ-nın hər ay toplantı keçirilməsi məqsədəuyğun hesab edildi,  ayda bir dəfə olmaqla keçiriləcək görüşdə gənc alimlərin fikirlərinin dinlənilməsi,  birgə elmi tədqiqat işləri həyata keçirilməsi və şura üzvlərinin növbəli şəkildə elmi seminarlar təqdim etmələri qeyd edildi.
Sonda dosent Yusif Alıyev  DGTŞ-nın üzvlərinin hesabatlarının qənaətbəxş olmasına baxmayaraq müəyyən tapşırıq və tövsiyyələrini verərək gənc alimlərə işlərində uğurlar arzuladı. Onu da qeyd edək ki, ADPU Quba filialında direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə yaradılan DGTŞ artıq 1 ildən çoxdur ki, müxtəlif konfrans və elmi tədbirlərin həyata keçirilməsində, doktorant və dissertantların bir mərkəzdən elmi istiqamətlərə yönləndirilməsində yaxından iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir