ADPU-nun Quba filialında beynəlxalq akademik əməkdaşlıq uğurla davam edir.

12.05.2026
ADPU-nun Quba filialında beynəlxalq akademik əməkdaşlıq uğurla davam edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında beynəlxalq təcrübə mübadiləsi və elmi-pedaqoji əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm görüş baş tutub. Özbəkistan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fərqanə Dövlət Universitetinin geniş tərkibli professor-müəllim heyəti filialda səfərdə olub.

Səfər çərçivəsində qonaqlar əvvəlcə filialın Azərbaycan – Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində professor-müəllim heyəti ilə görüş keçirərək iki qardaş ölkə arasında elm, təhsil və ortaq mədəni dəyərlər üzərində qurulan əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüş zamanı türk dünyasının ortaq elmi-mədəni irsinin gələcək nəsillərə çatdırılması, ali təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi və innovativ tədris yanaşmalarının tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həm də müəllimlərin dərslərində iştirak ediblər. Müasir təhsil standartlarına uyğun təşkil olunan dərslərdə STEAM əsaslı metodologiyanın tətbiqi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası və interaktiv təlim üsullarının səmərəliliyi xüsusi maraq doğurub.

Qarşılıqlı təcrübə mübadiləsi formatında keçirilən görüşlər pedaqoji innovasiyaların paylaşılması, müəllimlərin peşəkar inkişafı və tələbələrin qlobal təhsil tendensiyalarına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür beynəlxalq akademik əlaqələr ADPU-nun Quba filialının beynəlxalq təhsil məkanında mövqeyinin daha da güclənməsinə xidmət edir.

Səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində: F.ü.f.d. Ehsanova Muqaddamxon İbrohimovna,

Prof. Dr. Sohiba Zokirova,

Prof. Dr. Vokhid Juraev,

dosent Şaxlo Karimjonova,

dosent Maxmuda Kuçkarova,

dosent Nodira Abduvaliyeva,

baş müəllim Xusanova Gulasal Şuhratjon qızı və

baş müəllim Turgunov Mirjalol Mirzaxamdam oğlu yer alıblar.

ADPU-nun Quba filialı beynəlxalq əməkdaşlıq platformalarının genişləndirilməsi, ortaq elmi mühitin formalaşdırılması və türk dünyası universitetləri arasında akademik körpülərin möhkəmləndirilməsi istiqamətində hal hazırda Özbəkistan Respublikasının müxtəlif Dövlət Universitetindən bir qrup təhsil heyəti ilə də əməkdaşlıq mübadiləsi çərçivəsində fəaliyyəti davam etdirir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?